Yuxarı sinif şagirdi Hodaka Morisima dogma adasından Tokioya köçür və burada tezliklə pulları tükənir. O, fövqəltəbii barədə yazan jurnala işə düzələndə hava korlanır və yağışların ardı-arası kəsilmir. Günlərin bir günü Hodaka, buludları qovmaq və yağışı dayandırmaq bacarığına malik olan Hina Amano adlı bir qızla tanış olur.