Atatürk

10:00
11:00
12:00
13:00
14:00
15:00
16:00
17:00
18:00
19:00
20:00
21:00
22:00
23:00
00:00
01:00
02:00
Mustafa XIX əsrin sonlarında Salonikidə dünyaya gəlir. Atasına edilən quldur hücumları Mustafaya pis təsir edir. Əvvəlcə atası Əli Rza bəyin işləri qaydasında getməməyə başlayır. Ardınca səhhəti pisləşir və bir müddət sonra dünyasını dəyişir. Zübeydə xanımın bir dünyası var - oğlu. Yalnız bir düşüncəsi var – ona heç nə olmasın. Oğlunun məhəllə məktəbinə gedib, mömin ailə adət-ənənələrinə uyğun olaraq müəllim olmasını arzulayır. Zübeydə xanımın bu gələcək xəyalının ölçüsü balaca Mustafanın içindəki böyük alovla müqayisədə isə saman çöpü qədər kiçikdir. Mustafa Kamal Akademiyanı 1905-ci ildə kapitan rütbəsində başa vurur. 1905-1919-cu illərdə Suriyadan Tripoliyə, Salonikidən Qarsa qədər Osmanlı torpağının demək olar hər qarışında xidmət edir. Gördükləri isə onu deməyə əsas verir ki, ölkəsindəki idarəetmə artıq nəzarətdən çıxıb, ləyaqət və vətənpərvərlik qalmayıb. Mustafa Kamal üçün artıq başqa variant yoxdur. Öz dili ilə desək, ölkə atasının quldurlar tərəfindən yandırılan kötükləri kimi yanmaqdadır. Vətəni xilas etmək üçün kimsə nəsə etməlidir. Namiq Kamal demişkən, düşmən xəncərini vətənin ürəyinə sancıb. Ancaq əlbəttə, bu bəxti qara vətəni xilas edən tapılacaq
Daha çox